İDMAN

Şahmatçılarımız Daşkənddə uğura imza atıblar

[ad_1]

Özbəkistanın paytaxtı Daşkənddə Aqzamov şahmat memorialının üçüncü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışın güclü A turnirində Azərbaycanın üç şahmatçısı – Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Rəsulov iştirak edirlər. M.İsgəndərov və V.Rəsulov üçüncü turda qələbə qazanıblar. M.Muradlı isə uduzub.

Hazırda hər üç şahmatçımızın 2 xalı var.

Doqquz turdan ibarət turnir avqustun 22-dək davam edəcək.

[ad_2]

Source link