DÜNYA

Sularda faciə

Mərakeşdən İspaniyanın Kanar adalarına keçməyə çalışan onlarla qanunsuz miqrant faciəvi şəkildə dünyasını dəyişib.

Qayıqda baş verən texniki nasazlıqdan sonra dənizin ortasında 2 həftə ac-susuz qalan  40-dək insan həlak olub. Mavritaniya sahil-mühafizə xidməti ölümlə üzləşən miqrantlardan 7-sini xilas edib.

Yerli medianın məlumatına görə, mühacirləri ölümə sürükləyən qayıq avqustun 1-də yola düşüb. Bir müddət sonra nəqliyyat vasitəsinin mühərriki sıradan çıxıb və dalğalar onun istiqamətini dəyişib. Həyatını itirən miqrantların əksəriyyəti isə Seneqal və Mali vətəndaşlarıdır.