MƏDƏNİYYƏT

Məşhur dünya ulduzunun imarəti əlindən alındı – FOTO

[ad_1]

Məşhur Hollivud ulduzu Nikolas Keycin 14 milyon dollar (23,8 milyon manat) vergi borcuna görə imarəti əlindən alınıb.

Bu barədə “New York Post” xəbər verib.

Bildirilir ki, Las-Veqasdakı evə hələ 2009-ce ildə həbs qoyulub və satışa çıxarılıb. Bütün bu illər ərzində aktyor evini qaytarmağa cəhd edib.

Bir müddət əvvəl isə imarəti adı açıqlanmayan şəxs alıb. Ev 6 milyon dollara (10,2 milyon manat) satılıb.

Məlumata görə, Keyc bu evi çox sevib, son illərdə dəfələrlə onu qaytarmaq istəyib. Daşınmaz əmlak üzrə agentin sözlərinə görə, Keyc bu imarətdə çoxlu xoş xatirələrinin olduğunu deyib.

[ad_2]

Source link