DÜNYA

Nyu-Yorkda silahlı şəxs insanlara atəş açıb: Yaralılar var

[ad_1]

ABŞ-ın Nyu-York şəhərində həyata keçirilən silahlı hücum nəticəsində ən azı beş nəfər güllələnib.

Xəbəri ABC telekanalı yayıb.

İlkin məlumata görə, hadisəni törədən şəxs qara rəngli avtomobildən düşərək mağazanın kənarında stolüstü oyunlar oynayan insanlara atəş açıb.

İnsident nəticəsində güllə xəsarəti alan dörd nəfər xəstəxanaya yerləşdirilib, digər yaralı xəsarətinin ciddi olmadığını əsas gətirərək tibbi yardımdan imtina edib.

Yaralıların vəziyyətinin stabil olduğu qeyd olunur. Hazırda hüquq-mühafizə orqanları cinayəti törədən şəxsin axtarışını həyata keçirir.  

[ad_2]

Source link