İDMAN

Ronaldu gələcək karyerasına aydınlıq gətirdi – FOTO

[ad_1]

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu gələcək karyerası ilə bağlı açıqlama yayıb.

Ulduz futbolçu “Real”a qayıdışı ilə bağlı şayiələri “Instagram” səhifəsində şərh edib.

“Məni tanıyan hər kəs bütün diqqətimi işimə cəmlədiyimi bilir. Az danışıb, çox iş görmək – karyeramın ilk günündən mənim şüarımdır. Lakin son günlərdə danışılanlar məni öz mevqeyimi bildirməyə məcbur edir… Mənim “Real”dakı tarixim artıq yazılıb. Sözlər, rəqəmlər, mükafatlar və titullarla. Bunlar “Bernabeu” stadionundakı muzeydə və hər bir azarkeşin yaddaşındadır”, – deyə ulduz futbolçu bildirib.

O, hər zamankı kimi işinə sadiq qaldığını, qalan şeylərin isə sadəcə söz-söbət olduğunu qeyd edib.

[ad_2]

Source link