DÜNYA

Avropa İttifaqı “Taliban”ı tanımayacaq

[ad_1]

Avropa İttifaqı “Taliban”la texniki əlaqələr saxlasa da, onlarla siyasi danışıqlar aparmır və bu hərəkatı tanımaq niyyətində deyil.

TASS agentliyi xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Madriddə əfqanıstanlı qaçqınların müvəqqəti qəbul mərkəzini ziyarət edərkən deyib.

“Avropa İttifaqı “Taliban”la operativ təmaslar qurur. Bu, həyatları xilas etmək üçün lazımdır, amma heç bir siyasi müzakirədən və tanınmadan söhbət getmir”, – deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.

[ad_2]

Source link