İQTİSADİYYAT

Manat avro və türk lirəsinə qarşı bahalaşıb – RƏSMİ

[ad_1]

Nağd valyuta bazarında may və iyun aylarında bankların valyuta alışı satışları üstələyib.

Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yanvar-iyun aylarını əhatə edən “Pul Siyasəti İcmalı” ilə bağlı hesabatında məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin altı ayında Mərkəzi Bankda ümumilikdə 47 valyuta hərracı keçirilib. Yanvar ayında valyuta bazarında tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunub.

Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1,6993, orta satış məzənnəsi isə 1,7024 manat təşkil edib.

Dövr ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. Belə ki, manatın məzənnəsi avroya, türk lirəsinə, isveçrə frankına və yapon yeninə qarşı bahalaşıb. Manat bu dövrdə funt-sterlinqə, rus rubluna, ukrayna qrivnasına və gürcü larisinə qarşı ucuzlaşıb.

Nigar Məmmədova

[ad_2]

Source link