İQTİSADİYYAT

Azərbaycan növbəti dörd ildə dövlət borcunun ödənilməsinə 7,2 milyard manat yönəldəcək

2022-2024-cü illərdə ortamüddətli dövr üzrə Azərbaycanın dövlət büdcəsindən dövlət borclarına xidmətlə bağlı xərclərə 7,214 milyard manat yönəldilməsi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir. 2022-ci ildə dövlət borclarına xidmətlə bağlı 1,912 milyard manat, 2023-cü ildə 1,792 milyard manat, 2024-cü ildə 1,814 milyard manat, 2025-ci ildə isə 1,696 milyard manat yönəldilməsi proqnozlaşdırılır.

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycan dövlət borcunun ödənilməsinə 883,5 milyon manatdan çox vəsait yönəldib. İlin ikinci yarısında daha 1,315 milyard manatın dövlət borcunun ödənilməsinə yönəlməsi gözlənilir.