İQTİSADİYYAT

Bakı qlobal maliyyə mərkəzləri reytinqində mövqeyini yaxşılaşdırıb

“Z/Yen” konstalinq və vençur şirkəti tərəfindən dərc olunan “Global Financial Centres Index” (GFCI 30) hesabatının yeni nəşrində Bakı dünyanın 116 maliyyə mərkəzləri arasında mövqeyini iki pillə yaxşılaşdırıb.

“GFCI 30”un KIV-ə  verdiyi məlumata görə, Bakı reytinqdə iki pillə irəliləyərək 531 bənd göstərici ilə 105-ci mövqeyə yüksəlib. Birinci pillədə 762 bəndlə Nyu-York, ikidə London (740 bənd), üçdə isə Honkonq (716 bənd) olub.

Qeyd edək ki, son üç yerə Çinin Nankin, Sian və Uhan şəhərləri layiq görülüb.