CƏMİYYƏT

Güclü yağış Balakən-Zaqatalada sel və daşqınlara səbəb olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 23-ü saat 13:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən və Zaqatalada isə leysan intensiv və güclü olub.

Bu barədə mediaya  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Güclü yağış nəticəsində Balakənçay ( Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala ) hal-hazırda sel və daşqın hadisəsi müşahidə olunur. Düşən yağışın miqdarı: Balakənçay məntəqəsində 144.0 mm, Balakəndə 137.0 mm (aylıq normanın 161 faizi), Əlibəydə 12.0 mm (aylıq normanın 100 faizi), Zaqatalada 94.0 mm (aylıq normanın 110 faizi), Sarıbaşda (Qax) 3.0 mm, Qusar, Göygöldə 2.0 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1.0 mm-dək olub.

    Sentyabrın  22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.