DÜNYA

Qara dənizdə Türkiyə və Rusiya gəmiləri qəzadan qaça bilməyib

İstanbulun şimalında, Qara dənizin sahilində Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub. Türkiyə  KİV-in məlumatına görə, hadisə İstanbulda Yeniköy yaxınlığında baş verib. Qeyd olunub ki, Türkiyəyə məxsus 90 metr uzunluğunda “Tahsin İmamoğlu” və Rusiyaya məxsus 128 metr uzunluğunda “Rusiç 10” gəmiləri toqquşub.

Hadisə yerinə xilasetmə qayıqları göndərilib.

T.Rüstəmov