CƏMİYYƏT

Qarabağ qələbəsində qardaş Türkiyənin hərbi-texniki töhvəsi

   “Türkiyə istehsalı olan hərbi texnikalar Azərbaycanın illərdir işğal altında olan ərazilərinin azad edilməsində böyük rol oynadı. Bu da iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə sıx əməkdaşlığın faydalı olduğunu göstərdi”. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

     Şentop hər bir texnikanın yerli və milli imkanlarla inkişaf etdirilməsinin digər ölkələrdən asılılığın azaldılması baxımından vacibliyini diqqətə çatdırıb. O, diplomatiya sahəsində də əsas gücün bundan irəli gəldiyini vurğulayıb: “Türkiyə müdafiə sənayesi sahədə böyük uğurlar əldə edib. Bunların nəticələrini Liviya və Suriyada, həmçinin Azərbaycanın İkinci Qarabağ müharibəsində də gördük”.

T.Rüstəmov