SİYASƏT

Cakartanın ən hündür binası üzərində Azərbaycanın Dövlət Bayrağı nümayiş etdirilir

İndoneziyanın paytaxtı Cakarta şəhərinin ən hündür binası “Gama Tower” üzərində 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın Dövlət Bayrağı nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, üçrəngli bayrağımız Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq videoproyeksiya edilir.

Videoproyeksiyanın arxa planında şəhid Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı səsləndirilir. Videogörüntü şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.