İQTİSADİYYAT

İlin əvvəlindən Ceyhan terminalından 3,716 milyard barel AÇG nefti nəql edilib

İlin əvvəlindən Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb.

Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti 2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti daşıyan 201 tanker və ya 145,7 milyon barel neft yola salıb.

Şirkətin məlumatında daha sonra bildirilir ki, indiyədək  terminaldan AÇG 3,716 milyard barel neft nəql edilib.

Ümumilikdə, Ceyhan neft terminalından AÇG yatağından neft daşıyan 4 860 tanker yola salınıb.