CƏMİYYƏT

Ermənistan Azərbaycanin milyardlarla dollar sərvətini qarət edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət” adlı hesabatında bildirilir ki, işğalçı  Ermənistan dövləti 30 il müddətində müharibə hüququnun norma və prinsiplərini kobud şəkildə pozaraq ərazilərimizin 20 faizində maddi və mənəvi sərvətlərimizi həm mənimsəyib, həm də talan edib. Azərbaycanın şəhər və kəndlərini urbisidə məruz qoymaqla ölkəmizə külli miqdarda zərər vurub. Minlərlə tarixi və digər abidələri dağıntıya məruz qoymaqla yanaşı işğal altında saxladığı ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlə də məşğul olub. Hesabatda da sonra göstərilir:

 “30 il ərzində bu ərazilərdə ağacların qeyri-qanuni kəsilməsi və satışı ilə məşğul olan Ermənistandakı şirkətlər və burada qəsdən yanğınlar törətməklə 110 min hektardan çox sahəni məhv edənlər ərazini ekoloji fəlakətlə üz-üzə qoyub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan ilkin hesablamalara görə ermənilərin işğal etdiyi ərazilərimizdə ölkəmizə vurduğu mənəvi-ekoloji zərərin hecmi 285     

    Azərbaycanın işğal altında olmuş ərazilərində 160-dan çox müxtəlif qiymətli metal yataqları – 5 qızıl yatağı, 7 civə, 2 mis yatağı, 1 qurğuşun və sink yatağı, 1 daş kömür yatağı, 6 alebastr, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 rəngli və dekorativ daş yatağı, 21 üzlük daş yatağı və s. var idi.

     Uzun illər həm erməni iş adamları, həm də beynəlxalq şirkətlər Azərbaycanın nəzarət zonasından kənarda qalan Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyətlərində əsas hədəf kimi dağ-mədən sənayesini seçiblər. Onların Qarabağ ərazisində yerin təkinin qeyri-qanuni istismar etməsi ilə bağlı faktlar “Azercosmos”un peyk vasitəsilə əldə etdiyi şəkillərdə də öz əksini tapıb.  Burada işğaldan sonra Azərbaycana məxsus ərazilərdə qeyri-qanuni istismar nəticəsində sahədə meydana gələn dəyişikliklər əks olunub.

    Ermənistan 2003-cü ildə təkcə “Söyüdlü” yatağından 2 ton, 2004-cü ildə 2,5 ton qızıl hasil edilib. 2019-cu ildə dağ-mədən sənayesi qondarma rejimin ÜDM-nin 13,7 faizini (97,6 milyon ABŞ dolları) təşkil edib. Bu da Qarabağın dağ-mədən sənayesinin Ermənistan iqtisadiyyatında əhəmiyyətli rol oynadığını təsdiqləyir.   

Ermənistan Azərbaycan ərazilərində qanunsuz kənd təsərrüfatı fəaliyyətini də təşviq edib. Hesabatda Ağdamın Şelli, Laçının Quşçu kəndində və Xocalı rayonunda təsərrüfat sahələrinin istismarını, eləcə də, Cəbrayıl rayonunda Araz çayı boyunca yaradılan əkinçilik təsərrüfatlarını əks etdirən faktlar da qeyd olunub”.

    Azərbaycan 30 il ərzində Ermənistanın işğalı altında qalan əhəmiyyətli iqtisadi potensiala malik mineral yataqları daha effektiv istismar edə, hətta onların iqtisadi səmərəsini daha artıra bilərdi. Son 20 il ərzində Azərbaycan və Ermənistanda iqtisadi artım səviyyəsindəki fərq də bunu deməyə imkan verir. Belə ki, 2000-ci ildə Ermənistanda ÜDM cəmi 1,9 milyard dollar, Azərbaycanda isə 5,3 milyard dollar həcmində idi. 20 il ərzində Ermənistan ÜDM-i 6,4 dəfə artıraraq 12,3 milyard dollara, Azərbaycan isə 8 dəfə artıraraq 42,6 milyard dollara çatdıra bildi. Bu da Ermənistanın qeyri-qanuni iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi gəlirlərin belə regionda təcrid olunmuş ölkənin maddi rifahını təmin etməyə kifayət etmədiyini göstərir.

Ümimilikdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin ilkin hesablamalarına görə 818,9 milyard dollarınlı təşkil edir. Artıq Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi prosesinə başlanılıb. Beynəlxalq məhkəmələr vasitəsilə həm Ermənistan, həm də Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində qeyri-qanuni biznes qurmuş beynəlxalq şirkətlərin təzminat ödəməsi tələb ediləcək.