MARAQLI

Koronavirusun səbəb olduğu iyi bilmənin itirilməsində A vitamini müalicəsi

İngiltərəli tədqiqatçılar A vitamini tərkibli burun damcılarının Covid19 keçirmiş insanlarda iy bilmənin bərpasına kömək edə biləcəyini bildiriblər. Ölkənin Şərqi Anqlia universiteti bununla bağlı 12 həftəlik sınaq keçirir. Sınaq zamanı yalnız bəzi könüllü xəstələr üzərində müalicə aparılacaq. Yerdə qalan digər xəstələrlə birlikdə çürük yumurta və gül kimi güclü qoxularla testlər aparılaraq müalicənin effektivliyi yoxlanılacaq, vitaminin beynin zərər görmüş qoxu sinirlərini bərpa edib-etmədiyi müəyyən ediləcək.

            Belə ki, iy bilmənin yoxa çıxması qrip və buna bənzər digər xəstəliklər kimi koronavirusun da əsas simptonlarından biridir. Xəstəliyi keçirmiş bir çox insanda iy bilmə bir neçə həftəyə bərpa olunsa da, bəzi xəstələrdə bu qalıcı problemlərə səbəb olur. Qeyd edək ki, A vitamini immunitet sistemi – bədənin xəstəliklərə və infeksiyalara qarşı müdafiəsində, habelə görmənin bərpasında da köməkçi vasitələrdəndir.

İqtidar.AZ