DÜNYA

ABŞ İranı yenidən hədələyib

 “Nüvə danışıqları uğursuz olsa, o zaman ABŞ İrana qarşı başqa variantlara əl atacaq”. Xarici media xəbər verir ki, bu fikirləri  ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

     O bildirib ki,  əgər diplomatiya İranı nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəaliyyət planına qaytara bilməsə, o zaman ABŞ başqa tədbirlər görəcək və ya fərqli variantlara əl atacaq.”

Ekspertlər ABŞ rəsmisinin bu fikirlərini İrana qarşı təhdid kimi dəyərləndiriblər.

   Xatırladaq ki, bügünlərdə ABŞ Dövlət katibi Blinkenin Rusiya Xarici İşlər naziri Sergey Lavrovla telefon danışığında da İranın nüvə proqramı müzakirə olunub.

Nurxan Tahiroğlu