İQTİSADİYYAT

Azərbaycan iqtisadiyyatı üzrə proqnoz açıqlanıb

Növbəti beşillik ortamüddətli dövrdə Azərbaycanda ÜDM-in (ümumi daxili məhsul) ortaillik real artım tempinin 4,2 faiz, qeyri-neft ÜDM-in ortaillik artım tempinin isə 5,2 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda Bakıda təşkil olunan tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu il üçün İqtisadiyyat Nazirliyinin baxılmış proqnozları əsasında illik real artım tempinin 4,8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozlardan əhəmiyyətli dərəcədə çoxdur.