İQTİSADİYYAT

Azərbaycanın beşillik sosial iqtisadi inkişaf strategiyası layihəsi yaxınlarda təsdiq olunacaq

Azərbaycanda milli prioritetlərə uyğun olaraq 2021-2025-ci illərdə sosial iqtisadi inkişaf strategiyası layihəsinin hazırlanması başa çatdırılıb.
Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda təşkil olunan tədbirdə çıxış edərkən deyib.
“Layihənin müzakirələr nəticəsində təkmilləşdirilərək, yaxın müddət ərzində təsdiq olunacağı gözlənilir. Strategiyanın ölkə iqtisadiyyatında dörd başlıca istiqamət üzrə böyük dəyişikliklərə səbəb olacağını gözləyirik. Belə ki, dövlət şirkətlərinin gəlirliliyinin artırılması, rəqabətli və şəffaf fəaliyyətinin təmin edilməsi, dövlət vəsaitlərinin səmərəli xərclənməsi, dövlətin borc dayanıqlılığının yüksəldilməsi və digər tədbirlər nəticəsində iqtisadiyyatın dövlət sektoru transformasiya olunacaq, iqtisadi idarəetmə təkmilləşdiriləcək”, – deyə M. Cabbarov qeyd edib.