MARAQLI, SƏHİYYƏ

Koronavirusun əl və ayaq barmaqlarına təsiri

Elm adamları koronavirusun əl və ayaqlarda yaratdığı göyərmələrdən danışıb. Bəs bu göyərmələrin səbəbi nədir?

Tədqiqatçıların bildirdiyinə görə, bu yaralar bədən virusla mübarizə apardığına görə yaranır. Ləkələr daha çox uşaqlarda və yeniyetmələrdə özünü göstərir. Ümumilikdə hər hansı narahatçılıq yaratmasa da, dəri töküntüləri xəstələrin bəzilərində ağrı, qaşıntı və şişkinliyə səbəb ola bilər. Bəzən həftələrlə, bəzən aylarla özünü göstərən yaralar əl və ayaqlarda daha çox qırmızı və ya bənövşəyiyə bənzər izlər qoyur.