CƏMİYYƏT

Müstəqillik Günü haqqında qanun layihəsi hazırlanıb

“Müstəqillik Günü haqqında” qanun layihəsində hər il

28 mayın  Azərbaycanda Müstəqillik və 18 oktyabrın isə Müstəqilliyin Bərpası günləri kimi qeyd edilməsi nəzərdə tutulur.

   İndiyə qədər 28 may ölkəmizdə Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən “28 May Respublika Günü”, bundan sonra “28 May Müstəqillik Günü” kimi qeyd ediləcək. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

T.Rüstəmov