KRİMİNAL

Sabunçu rayonunda evdən beş min manatlıq oğurluq edən şəxslər yaxalanıblar

Sabunçu rayonunda evdən beş min manatlıq oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 15-də rayon ərazisindəki evlərin birindən 5280 manat dəyərində kondisioner, televizor, məişət əşyaları, təmir-tikinti alətləri və 20 kisə sement oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Daşdəmirov, Q.Məmmədov və Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.