SƏHİYYƏ

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 07.10.2021-ci ilə olan məlumatı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1013 yeni yoluxma faktı qeydə alınıb. Son sutka ərzində 1244 nəfər sağalaraq evə buraxılıb, 14 nəfər isə vəfat edib. Qeyd edək ki, ümumi yoluxanların sayı 489226, ümumi sağalanların sayı 469665, aktiv xəstə sayı 12936, ümumi ölüm sayı isə 6625 nəfər təşkil edir.

Ölkə ərazisində Covid19 əleyhinə 13173 nəfər 1-ci mərhələ üzrə, 29573 nəfər isə 2-ci mərhələ üzrə olmaqla, ümumi 42746 nəfər vaksinasiya olunub. Onu da bildirək ki, ölkəmizdə 1-ci mərhələ üzrə 4850515, 2-ci mərhələ üzrə 4033751 nəfər, ümumilikdə isə 8884266 nəfərə vaksin vurulub.