İQTİSADİYYAT

Azərbaycanda iqtisadiyyatın ənənəvi sahələrini gücləndirmək üçün mühüm addımlar atılıb

Azərbaycan hökuməti iqtisadiyyatın ənənəvi sahələrini gücləndirmək, “yaşıl iqtisadiyyat” üçün mühüm addımlar atıb. Bunu BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə bildirib.
O deyib: “Pandemiya bütün dünyada dayanıqlı inkişafa mənfi təsir etdi. Biz post COVID dövründə səylərimizi birləşdirməliyik. “Yaşıl artım” üçün Azərbaycanda inanılmaz fürsət yaranıb. Vahid, milli maliyyələşmə layihəsi çərçivəsində dayanıqlı inkişafın reallaşması üçün xüsusi bir mexanizmin qurulması nəzərdə tutulub. Biz qlobal strateji tərəfdaş olaraq, BMT, Avropa İttifaqı, Dünya Bankı ilə birlikdə bu layihələrə dəstək veririk.”