SİYASƏT

İran Zəngəzur dəhlizinin açılmasını niyə istəmir?

Erməni politoloq Beniamin Poqosyan bugünlərdə KİV-ə açıqlamasında bildirib ki, 44 günlük müharibənin nəticələri İranın xeyrinə olmadı və bu ölkə prosesin qarşısını ala bilmədiyini başa düşdü. O anladı ki, yeni vəziyyətə uyğunlaşmağa başlamalıdır:
  “İran üçün bir qırmızı xətt var. O da Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizidir. İran hər tərəfdən türk qüvvələri ilə əhatə olunmaq istəmir, qorxur ki, Azərbaycanla Türkiyə Ermənistanı bu dəhlizin açılışına getməyə məcbur edəcək. Son günlər İrandan göndərilən “mesaj”lar da buna işarədir. Azərbaycanla Türkiyə Ermənistanı güc yolu ilə Zəngəzur dəhlizini açmağa məcbur etməyə çalışsa, İran ordusunu cəlb edərək buna cavab verə bilər. Ermənistan özü dəhlizin açılmasına razılıq verərsə, İranın bu prosesin qarşısını almaq imkanları, demək olar ki, sıfra enəcək”.

N.Tahiroğlu