CƏMİYYƏT

Soydaşımız Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının vitse-prezident təyin olunub

Bugünlərdə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti təyin olunan tanınmış azərbaycanlı jurnaist Füzuli Məcidli bu etimada görə rəhbərliyə təşəkkürünü belə bildirib:
  “Beynəlxalq Türk Akademiyasının yaradılması haqqında müqaviləyə əsasən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil və elm nazirliklərinin təmsil olunduğu BTA Elmi Şurasının yekdil qərarı ilə bundan sonra təşkilatın vitse-prezidenti olaraq fəaliyyətimi davam etdirəcəyəm. Məni bu yüksək etimada layiq görən Azərbaycan dövlətinə, ölkəmizin və təşkilata üzv olan digər ölkələrimizin müvafiq qurumlarına, BTA prezidentinə, dəstək və qayğısını əsirgəməyən insanlara, dostlara dərin minnətdarlığımı bildirirəm”.
 Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası Qazaxıstanda fəaliyyət göstərir. Füzuli Məcidli isə 2016-cı ildən bu qurumda müşavir vəzifəsində çalışırdı. 

T.Rüstəmov