SİYASƏT

ABŞ Çin və Tayvan arasındakı gərginlikdən dərin narahatlıq keçirir.

Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik müşaviri Jake Sullivan BBC -yə verdiyi müsahibədə ABŞ-ın Tayvan boğazında sülhü təhlükə altına alan fəaliyyətlərdən böyük  narahatlıq keçirdiyini bildirib. Sullivanın açıqlaması Çinin Tayvanın hava hücumundan müdafiə zonasına 4 gün ard-arda rekord sayda hərbi təyyarələr göndərərək güc nümayişi etməsindən sonra baş tutub.

Qeyd edək ki, Tayvan özünü suveren dövlət hesab etsə də, Çin adaya ayrıca bir əyalət kimi baxır. Pekin adayla birləşməyə nail olmaq üçün lazım gələrsə məcburi güc tətbiq edəcəyini də istisna etməyib. Brüsseldə BBC-nin diplomatik müxbiri James Landale-ə verdiyi açıqlamada sabitliyi pozan hər hansı bir fəaliyyət olarsa buna görə həm gizli, həm də açıq formada danışıqlar aparılacağını söyləyən Sullivan, ABŞ-ın Tayvanı müdafiə etmək üçün hərbi əməliyyatlar keçirməyə hazır olub-olmadığı barədə verilən suala isə, -“İcazə verin bildirim ki, biz o günün gəlməməsi üçün indidən hərəkətə keçəcəyik.”- cavabını verib.