SİYASƏT

Erməni deputat ölkəsini Azərbaycanla dialoqa çağırıb

“İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan bugünlərdə açıqlama verərək bildirib: “Azərbaycanlılarla bütün mümkün meydanlarda dialoq bizim üçün mütləqdir.”
Deputat erməni cəmiyyətinin cəhalət içində olduğunu da vurğulayıb:
“Ermənistanda ictimai fikir cəhalət içindədir. Nədənsə, azərbaycanlılarla danışmaqdan çəkinirik. Halbuki, ortaq problemlərin müzakirəsindən qaçmaq olmaz. Bu bizim maraqlarımıza uyğun deyil.”
  Bir neçə gün öncə, Vyanada “Chatham House” beyin mərkəzinin təşkilatçılığı ilə erməni və azərbaycanlı nümayəndə heyətləri arasında görüşdə iştirak edən Marukyan görüşün qapalı formatda keçirildiyini deyib: “Bu format bizə daha açıq dialoq qurmağa imkan verdi.”

T.Rüstəmov