SİYASƏT

Türkiyə-İran diplomatiyası siyasi məsləhətləşmələr aparacaq

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Türkiyə və İran arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Bu məsləhətləşmələr Ankarada iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin rəhbərliyi ilə baş tutacaq.
  Türkiyə tərəfini xarici işlər nazirinin müavini, səfir Sədat Önal, İran tərəfini isə bu ölkənin XİN rəhbərinin müavini Əli Baqeri Keni təmsil edəcək. Məsləhətləşmələrdə ikitərəfli əlaqələr, regional və beynəlxalq vəziyyət haqqında fikir mübadiləsi aparılacaq.

N.Tahiroğlu