İQTİSADİYYAT

Azərbaycanın sentyabrda gündəlik xam neft hasilatı açıqlandı

Energetika Nazirliyinin yaydığı məlumata görə, 2021-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 703,1 min barrel olub.

Bunun 586,2 min barrelini xam neft, 116,9 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, oktyabrın 4-də Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında Azərbaycan gündəlik neft hasilatının noyabrda 400 min barel artırılmasına dair qəbul edilmiş qərara öz dəstəyini ifadə edib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 71 min barrel həcmində olmasını nəzərdə tutur.