SƏHİYYƏ

Bu gün COVID-19 əleyhinə 33 mindən çox peyvənd vurulub

Oktyabrın 23-də Azərbaycanda 33 min 186 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 647, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 539 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 353 min 744, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 43 min 147, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 310 min 597 nəfər təşkil edir.