SƏHİYYƏ

Son sutkada koronavirus infeksiyasına 2315 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2315 yoluxma faktı qeydə alınıb, 981 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 514 min 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483 min 559 nəfər müalicə olunaraq sağalıb, 6869 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 861 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 053, bu günə qədər isə ümumilikdə 5 milyon 95 min 973 test icra olunub.