İQTİSADİYYAT

Azərbaycanla Sinqapur peyklərin istehsalını birgə inkişaf etdirəcəklər

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) Sinqapurun “Infinite Orbits PTE Ltd” şirkəti ilə peyk xidmətlərinin göstərilməsinə dair strateji əməkdaşlıq müqaviləsi imzalayıb. “Azərkosmos”dan verilən məlumata görə, müqaviləni Agentliyin İdarə heyətinin sədri Saməddin Əsədov və “Infinite Orbits” şirkətinin baş direktoru Adel Haddoud imzalayıblar.

 

Müqaviləyə əsasən, tərəflər Azərbaycanda kosmik sənayenin genişləndirilməsi üçün peyklərin istehsalı və istismarını birgə inkişaf etdirəcəklər. Bu əməkdaşlıq strateji biznes və əməliyyatlarda uzunmüddətli tərəfdaşlığın başlanğıcını və daim dəyişən biznes ehtiyaclarına və tələblərinə cavab verən yüksək keyfiyyətli, ucuz qiymətə peyklər istehsal etmək üçün istehsal proseslərinin inkişafını nəzərdə tutur.