İQTİSADİYYAT

Doqquz ayda qeydiyyatdan keçmiş kommersiya qurumunun 9 faizi xarici investisiyalıdır

2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyatdan keçmiş kommersiya qurumundan 91 faizi yerli investisiyalı, 9 faizi isə xarici investisiyalı qurumlardır. Dövlət Vergi Xidmətindən  bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 36,3 faiz artıb. Bundan başqa, 2021-ci ilin oktyabr ayının 1-nə 16 min 499 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 11 min 76-nın fəaliyyəti aktiv olub, 4544-nün fəaliyyəti dayandırılıb, 879-u isə ləğv edilib.