İQTİSADİYYAT

Pambıq lifi və ipliyinin ixracı artıb

Cari ilin doqquz ayında 98,7 min ton pambıq lifi və 13,8 min ton pambıq ipliyi ixrac olunub. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, ixrac edilən pambıq lifinin dəyəri 151,5 milyon dollar, pambıq ipliyinin dəyəri isə 40 milyon dollar olub. Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında 83,8 milyon dollarlıq 63,3 min ton pambıq lifi, 12 milyon dollarlıq 5880 ton pambıq ipliyi ixrac edilib.