CƏMİYYƏT

Şəhid ailələri və qazilər üçün toplanan vəsait necə xərclənir

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb.

    Fonda toplanan vəsaitin 43,13 faizi şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün xərclənib. Bundan əlavə, vəsaitin 16,31 faizi borc öhdəliklərinin qarşılanması, 38,19 faizi tibbi xərclərin ödənilməsi, 1,56 faizi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün xərclənib. Digər xərclərin göstəricisi isə 0,81 faiz təşkil edir.

Qeyd edək ki, indiyədək fondda 63 milyon 583 min 188,17 manat toplanıb və vəsaitin 44 milyon 508 min  561,48 manatı xərclənib. Hazırda fondda qalıq vəsait 19 milyon 74  min 626,69 manatdır.

Fond tərəfindən indiyədək 2 min 909 şəhid ailəsi ziyarət edilib. Bu günədək 9 min 914 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 4 min 542 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 15 min 954-dür.

 

T.Rüstəmov