DÜNYA

Saakaşviliyə qan köçürülüb: Həkimi danışdı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə axşam saatlarında qan köçürülüb və səhhəti sabitləşib.

Bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə bildirib:

“Saakaşvilinin qan testinin parametrlərindən biri pis idi, buna görə də yerli həbsxana həkimləri və təcili yardım qrupu mənə qanköçürmədə kömək etdi və bundan sonra Saakaşvilinin vəziyyəti sabitləşdi.”

O hesab edir ki, Saakaşvili həkim nəzarəti altında şəhər klinikasına yerləşdirilməlidir, böhran təkrarlanarsa həbsxana xəstəxanasında bunun öhdəsindən gəlmək çətin ola bilər.

“İndi Saakaşvilinin səhhəti qənaətbəxşdir, dünənkindən daha yaxşıdır” – deyə o bildirib.