İQTİSADİYYAT

Vergi ödəyicilərinin ümumi sayı 9,5 faiz artıb

2021-ci il oktyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 301 min 903 vergi ödəyicisinin 1 milyon 143 min 366-sı və ya 87,8 faizi fiziki şəxs, 158 min 537-si və ya 12,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,5 faiz artıb ki, bu artımın 91 faizi fiziki şəxslərin, 9 faizi hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergiödəyicilərinin sayının artması, əsasən, kommersiya qurumları hesabına baş verib (98,8 faiz). Qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,5 faizi səhmdar cəmiyyəti, 1,3 faizi kooperativ və sair təşkilati-hüquqi formasındadır.