GÜNDƏM

25 oktyabr Qubadlının işğaldan azad olunduğu gündür

Oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Qubadlı şəhərinin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. 2020-ci il oktyabrın 25-də Azərbaycan ordusu Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad etdiyini xəbər verib. 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunan  Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qubadlı 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsindən ibarətdir.

T.Rüstəmov