SƏHİYYƏ

3-cü doza vaksinləmə niyə zəruridir?

Həkim-infeksionist Fərrux Sədirov bildirib ki, Rusiyada sürətlə yayılmağa başlayan koronavirusun AY.4.2 növünü yeni ştam adlandırmaq olmaz. bu, mövcud virusun ikiqat dəyişilmiş formasıdır. Sadəcə, yoluxmanın daha sürətli, inkubasiya dövrünün isə daha qısa olması ilə fərqlənir.
Həkim-infeksionist əlavə edib ki, digərlərində olduğu kimi uşaqların da bu ştama yoluxma halları müşahidə oluna bilər. Fərrux Sədirovun sözlərinə görə, əlamətlər bundan əvvəlki stammlarla eynidir və müalicəsində də eyni üsul tətbiq olunur. Həkim-infeksionist qeyd edib ki, virus orqanizmdən-orqanizmə keçdikdə yeni mutasiyalar üçün şərait yaradır. Ona görə də peyvənd olunanların sayı nə qədər çox olsa, virusun digər orqanizmə keçmək şansı qalmayacaq və yeni mutasiyalar da olmayacaq.

T.Rüstəmov