İQTİSADİYYAT

Azərbaycan əhalisinin banklarda 8 milyard 663.6 milyon manat pulu var

Azərbaycanda əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri sentyabr ayında 3,1 faiz (263,4 milyon manat) artaraq 8 milyard 663,6 milyon manat təşkil edib (2019-cu ilin oktyabr ayından ən yüksək göstərici).
Mərkəzi Bankın məlumatında daha sonra deyilir: “Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 7,2 faiz azalaraq 43,6 faiz təşkil edib. 2021-ci ilin yanvar-sentyabr aylarında banklar tərəfindən 505,6 milyon manat xalis mənfəət, 723,8 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edilib.” İlin əvvəlinə nəzərən cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 0,6 faiz azalaraq 5,5 faiz təşkil edib.