SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək

“Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək.” Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tvitterdə yazıb:
“Cənab Prezident İlham Əliyevin “qardaşım” dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah – oktyabrın 26-da – Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik.”
Xatırladaq ki, ki, noyabrın 12-də İstanbulda Türk Şurası dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.

T.Rüstəmov