İQTİSADİYYAT

Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb

Mərkəzi Bankın məlumatına görə, Azərbaycan bankları 2021-ci ilin yanvar – sentyabr aylarında 2,29 milyard manat həcmində 13,9 faiz ipoteka krediti verib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz, bu ilin əvvəlindən isə 13,9 faiz artıb.
Hesabat dövründə banklar tərəfindən 4,2 milyard manatdan çox istehlak krediti verilib ki, bu da 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 11,3 faiz çoxdur. Ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan banklarının kredit portfeli 15,53 milyard manat təşkil edib.