İQTİSADİYYAT

Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT proqramının tərkib hissəsidir

Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT-nin qlobal iqlim dəyişiklikləri ilə mübarizə proqramının tərkib hissəsidir. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi iqlim dəyişiklikləri ilə mübarizə sahəsində BMT ilə sıx əməkdaşlıq edir: “İqlim dəyişiklikləri çox ciddi problemdir və Azərbaycanda özünü kəskin hava dəyişiklikləri şəklində göstərir.”