SİYASƏT

Erməni deputat 1 ilədək Azərbaycanla get-gəlin bərpasına inanır

“Əminəm ki, bir il ərzində azərbaycanlılar sərbəst olaraq nəinki Sünikə (Zəngəzur-T.R.), həm də İrəvana gəlib-gedəcək,  biz isə Bakıda və Zəngilanda olacağıq.” Erməni sosial şəbəkələrində yayılan məlumatlara görə, bu sözləri  Ermənistan parlamentinin “Vətəndaş anlaşması” partiyasından olan deputatı Armen Xaçatryan söyləyib.
Xatırladaq ki, “Vətəndaş anlaşması” partiyasının lideri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyandır. Təşkilat ilk olaraq 2013-cü ildə deputat N.Paşinyan tərəfindən birlik kimi yaradılıb, 2015-ci ildə isə partiya kimi qeydiyyatdan keçib. 2021-ci ildə keçirilən parlament seçkilərindən sonra da “Vətəndaş anlaşması” parlamentdə yerlərin böyük əksəriyyətini saxlaya bilib.

T.Rüstəmov