GÜNDƏM

Ermənistan Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsini öz ərazisindən çəkir

Gorus-Qafan yoluna alternativ 2022-ci ilin yazında hazır olacaq. Bunu Ermənistan baş nazirinin müavini Suren Papikyan deyib. Papikyan Azərbaycan ərazisindən keçən yola alternativ Tatev-Ağvan yolunun isə noyabrın sonuna kimi istifadəyə açılacağını bildirib.
Xatırladaq ki, ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi sovet dövründə Azərbaycan ərazisindən keçməklə çəkilmişdi. Bu yolla bağlı son 1 ildə xeyli qalmaqal yaşanıb. Hətta İran yük maşınları buradan Xankəndinə şübhəli yüklər daşıyıyıb. Nəhayət, bu yaxınlarda Azərbaycan tərəfi bu özbaşınalığa son qoyub.

T.Rüstəmov