GÜNDƏM

İranda prezident seçkisindən sonra 141 edam aktı olub

İbrahim Rəisi İran prezidenti seçiləndən bəri ölkədə ən azı 141 adam edam edilib. Bu barədə İranın müxalif mediası məlumat yayıb.
Son həftədə isə 3 nəfər edam edilib. Belə ki, oktyabrın 19-da ölkənin cənubundakı Ramhörmüzdən olan Əli Məhəmməd Məhəmmədi və qardaşı İslam Məhəmmədi Əhvazdakı Sepidar həbsxanasında edam edilib. Bir neçə Ramhörmüz sakini buna etiraz etsə də, təhlükəsizlik qüvvələri dərhal onları həbs edib.
Bir gün sonra başqa bir cinayətə görə Zahedan Mərkəzi Həbsxanasında görmə qabiliyyətini 80 faiz itirən Bəluc məhbusu asılıb.

N.Tahiroğlu