KRİMİNAL

Lənkəran şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 11 nəfər saxlanılıb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Quliyev, X.Hüseynov, İ.İbrahimov, N.Qasımov, K.Hüseynov, O.Məlikov, O.Məmmədzadə, Z.Quliyev, A.Cəfərov, T.Rəhimov və T.Qurbanov şəhər rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərdən T.Qurbanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən məişət əşyaları və təmir tikinti avadanlıqları oğurladığı müəyyənləşib.

Faktlarla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin araşdırma aparılır.