İQTİSADİYYAT

Neft Fondundan dövlət büdcəsinə transfertlər 120 milyard manata yaxınlaşıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il oktyabrın 1-nə kimi, dövlət büdcəsinə 119 milyard 450 milyon manat transfer edib. ARDNF-nin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində fond, cari ilin büdcəsinin icrası çərçivəsində 7 milyard 309,7 milyon manat vəsait dövlət büdcəsinə transfer edib.
Qeyd edək ki, 2021-ci il sentyabr ayının 30-a ARDNF-nin aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 1,52 faiz və ya 662 milyon dollar artaraq 44 milyard 226,4 milyon ABŞ dolları təşkil edib.