GÜNDƏM

Özbəkistan prezidenti kim olacaq?

Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb. Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-dək seçicilərin 71,8 faizi, yəni 14 milyon 258 min nəfəri səsvermədə iştirak edib. Seçkilərin ilkin yekun nəticələri oktyabrın 25-də açıqlanacaq. Prezident seçkilərində beş namizəd–Özbəkistan Liberal-Demokrat Partiyasından hazırkı prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekologiya Partiyasından Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova mübarizə aparıblar. Ekspertlərin fikrincə, qələbəyə ən real namizəd Şavkat Mirziyoyevdir.

T.Rüstəmov